30 May , 2026, 19:56
Ana səhifə Haqqımızda

“PROPERTY” MMC hüquqi şəxs olaraq, əsas fəaliyyət istiqaməti daşınmaz və daşınar əmlakın özəlləşdirilməsi, satılması, alınması, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, kredit götürmək məqsədilə girov qoyulması, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, habelə vərəsəlik və mübahisəli qiymətləndirmə halları zamanı qiymətləndirilmə işini həyata keçirməkdir. Həmçinin inventarizasiyası, fəaliyyətin genişləndirilməsi və investisiya cəlb edilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmaların hazırlanması işləri icra edir ki, bu zaman Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə təşkilatlarının peşəkar qiymətləndirmə qaydalarına, Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olan qiymətləndirmə metodlarından istifadə etməklə, əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olan obyektiv meyarlara əsaslanılır. 

“PROPERTY” MMC hüquqi şəxs olaraq 2012-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərir. Şirkət ümumilikdə əmlak bazarı sahəsində fəaliyyət göstərməklə, daşınmaz və daşınar əmlakın özəlləşdirilməsi, satılması, alınması, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, kredit götürmək məqsədilə girov qoyulması, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, habelə vərəsəlik, mübahisəli qiymətləndirmə və digər hallar üzrə əmlakın qiymətləndirilməsi işlərini həyata keçirir.

On dörd ildir müvafiq sahədə fəaliyyət göstərən “PROPERTY” MMC Azərbaycan  Qiymətləndiricilər Palatasının üzvü olmaqla, peşəkar və sertifikatlaşmış mütəxəssislərdən ibarət kollektivə malikdir.

“PROPERTY” MMC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu,  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (AKİA) və Dövlət Miqrasiya Xidməti tərəfindən müvəkkil qiymətləndirici şirkət olaraq tanınır.

Şirkətimizin tərəfdaşları sırasında onlarla sayda kommersiya bankları, sığorta şirkətləri, özəl şirkətlərlə yanaşı, Məhkəmə orqanları, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Dövlət Vergi Xidməti, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Dövlət Minatəmizləmə Agentliyi, “Azərsu” ASC, “Azərbaycan Hava Yolları” QSC və digər müvafiq dövlət təşkilatları var.

Respublikanın bütün regionlarında qiymətləndirmə işini təşkil etmək üçün Şirkətimizin yerlərdə nümayəndələri fəaliyyət göstərir.

Ötən müddət ərzində “Property” MMC qiymətləndirici şirkət olaraq hər bir müştərisi qarşısında özünü obyektiv və layiqli tərəfdaş kimi göstərməyi bacarıb. 

FAYDALI LİNKLƏR